Skicka länk till app

MKT COTTON


4.2 ( 8912 ratings )
Näringsliv
Utvecklare: Hikmet Huseynov
Gratis

“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən artıq iş təcrübəsinə malikdir. Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
“MKT İstehsalat Kommersiya” MMC xam pambıqdan əsasən mahlıc, çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jımıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir. Şirkətin istehsal etdiyi pambıq mahlıcı ortaliflidir və özünəməxsus rəngə malikdir, bununla da o, məsələn, Amerika pambığından öz sarımtıl çalarları ilə fərqlənir.
MKT COTTON mobil tətbiqi isə “MKT İstehsalat Kommersiya” MMC şirkəti ilə partnyor olan fermerlər üçün yeni müqavilə müraciəti, həmçinin əvvəlki müqavilələrin məlumatları, əməliyyatlara nəzarət üçün nəzərdə tutulmuş mobil tətbiqdir. Tətbiqdə qeyd olaraq sadalanan funksiyalardan bütün fermerlər faydalana bilər.